Duman olacaq, külək əsəcək - PROQNOZ
Noyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Bakıda gecə 9-12, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət 60-70 % təşkil edəcək.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10, gündüz 15-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 6-10° isti olacaq.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək