Duman olacaq, külək əsəcək - PROQNOZ

# 13:55
13 dekabr 2022

Dekabrın 14-nə gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava olacaq. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu Bakıda gecə 5-7, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 763 mm civə sütunu, nisbi rütubət 60-70 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gecə bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, sulu qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR