Duman olacaq, yollar buz bağlayacaq

# 14:20
14 mart 2022

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometerologiya Xidmətindən APA TV-yə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti olacaq. Bakıda gecə 2-4° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

 

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-7° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 16°-dək şaxta, gündüz 3-8° şaxta olacaq.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR