Dünyada bir həftə ərzində 4,5 milyondan çox insan koronavirusa yoluxub

# 13:51
25 avqust 2021

Son bir həftə ərzində dünyada 4,5 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 68 mindən çox insan ölüb.

 

APA TV xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqladığı həftəlik bülletenində son hesabatında bildirilib.

 

Avqustun 16-dan 22-dək dünyada 4 525 863 yoluxma aşkarlanıb ki, bu da əvvəlki yeddi günün göstəricilərindən (4 444 632) 80 mindən çoxdur

 

Buna baxmayaraq, ÜST həftənin statistik göstəricisini iki aylıq artımdan sonra sabit olaraq qiymətləndirib.

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR