Dünyanın müxtəlif ölkələrindən gələn turistlər Corata bu yeməyə görə gəlirlər
Sumqayıt şəhərinin Corat qəsəbəsi qutabı ilə məşhurdur.
Corat qutabı yemək üçün başqa şəhərlərdən, rayonlardan olan insanlar Xəzər dənizinin sahilində yerləşən bu qəsəbəyə gəlirlər. Nəinki yaxın ərazilərdən, hətta Rusiyadan, Amerikadan da müştəriləri olur.
21 ildir aşpaz işləyən Flora Quliyeva dəvə əti ilə doldurulmuş aypara şəklində olan Corat qutabının hazırlanması prosesini belə izah edir.
Dəvə əti kifayət qədər yağlı olduğu üçün, adətən, ona yalnız soğan əlavə edilir, lakin mal ətinə quyruq yağı əlavə edilməlidir. Qutablar üçün soğan heç vaxt ətlə birlikdə əzilmir.
Məlumata görə Corat qutabı əvvəllər təndirdə bişirilib. Təndirdə bişən qutablar nisbətən böyük olurmuş. Sonradan kürədə bişirməklə tələbatı daha rahat ödəyiblər. O zamandan qutabların ölçüsü də kiçilib.
DİGƏR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir