Lənkəranda quldurluq edərək Bakıda gizlənən şəxs tutuldu

# 16:18
9 noyabr 2021

Lənkəranda bir ay əvvəl baş vermiş quldurluq faktlarının üstü açılıb.

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində gecə saatlarında iki yanacaqdoldurma məntəqəsinə daxil olaraq quldurluq əməli törətməkdə şübhəli bilinən rayonun Daşdatük kənd sakini Tərlan Şəfəqqətov saxlanılıb.

Onun quldurluq yolu ilə orada çalışan şəxsdən 350 manat pul və mobil telefonunu alaraq hadisə yerindən uzaqlaşdığı məlum olub. Bundan bir neçə gün sonra Tərlan Şəfəqqətov rayon ərazisində yerləşən digər yanacaqdoldurma məntəqəsinə daxil olaraq orada operator kimi çalışan şəxsdən pul tələb edib və ona bıçaqla xəsarətlər yetirib.

Tərlan Şəfəqqətov gizləndiyi Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsindəki ünvanda saxlanılaraq istintaqa təqdim edilib. Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR