Düşmənin Bərdə və Tərtəri atəşə tutan daha 2 "Smerç"i məhv edilib
Bərdə və Tərtər şəhərlərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus növbəti 2 ədəd “Smerç” yaylım atəşli reaktiv sistemlərinin tutduğu mövqelər bölmələrimiz tərəfindən aşkar edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, oktyabrın 30-u saat 12.55 və saat 14:18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin 2 ədəd “Smerç” yaylım atəşli reaktiv sistemləri məhv edilib.
DİGƏR XƏBƏRLƏR
“Onların da yanına getməliyəm, qorxurlar” – Bu gün “Xanı”nın ANIM GÜNÜDÜR
“O vaxt 9 yaşım vardı, bu gün 44 yaşımda nəvəmlə gəlmişəm bura”
“Əvvəl uşaqlar hər işi bacarırdı...” – Məktəbdə praktiki dərslər hara getdi?