Düz otuz il dediyi bayatılarda oğlunun yoxluğundan danışdı
Bəli, bu bayatı bir ananın son nəfəsinə qədər dilindən düşməyib. Könül dağına çevrilən Fərrux dağından balasını istəyib. Taleyi naməlum olan övladının harayını edib ana...
Fərruxda itkin düşən Şaban Qurbanovun yaxınlarının APA TV-nin Qarabağ bürosuna verdikləri məlumata görə, Şabanın anasının tək istəyi oğlunu bircə dəfə görə bilmək olub.
Azərbaycanın qəhrəman övladı Şaban Qulu oğlu Qurbanovun da son döyüşü Fərrux dağında olub. O, 1972-ci il noyabr ayının 8-də Ağcabədi rayonun Aşağı Qiyamədinli kəndində dünyaya göz açıb. Səkkiz bacısı, iki qardaşı olan Şaban Qurbanov Erməni quldurlarının dağlıq Qarabağda yaratdığı silahlı münaqişədən xəbər tutan kimi könüllü olaraq cəbhəyə yollanır. Cəbhənin Ağdam istiqamətində silaha sarılıb, Vətənin müdafiəsinə qalxır. Verilən tapşırıqları məharətlə yerinə yetirən Şaban Fərrux yüksəkliyinin azad edilməsi uğrunda gedən döyüşlərdə itkin düşür.
Fərrux dağının azad edilməsi və məhz həmin ərazilərdə birinci Qarabağ müharibəsi illərinə aid insan skeletləri qalıqlarının tapılması digər ailələr kimi Qurbanovlar ailəsini də ümidləndirir.
Habil Aslanoğlu, Elgün Gəncimsoy, Ziya İsmayılov – APA tv , Ağcabədi
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?