DYP-nin binasında özünü yandırmaq istədi

# 19:13
16 dekabr 2021

Bakı şəhər Dövlət Yol Polisi İdarəsində intihara cəhd olub.

APA TV xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, bu gün günorta saatlarında 1070 manat cərimə borcu olduğuna görə avtomobili duracağa yerləşdirilən paytaxt sakini Azər Səfərov Polis İdarəsinə gələrək əməkdaşlardan avtomobilinin təcili buraxılmasını tələb edib.

Ona izah olunub ki, yalnız cəriməni ödədikdən sonra avtomobil buraxılacaq. Sürücü bundan əsəbiləşərək, polis əməkdaşlarını təhqir edib, “görün başınıza nə oyun açacam” dedikdən sonra üzərində olan benzinlə özünü yandırmağa cəhd edib. Yaxınlıqda olan polis əməkdaşları və digər şəxslər tərəfindən cəhdin qarşısı alınıb. Ayağından yüngül yanıq xəsarəti alan sürücüyə ilkin tibbi yardım göstərilib. 

Hazırda Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsində araşdırma aparılır.

Qeyd edək ki, sürücü - 31 yaşlı Azər Səfərov əvvəllər qəsdən bədənə ağır xəsarət yetirdiyinə və adam öldürməyə cəhdə görə məhkumluq həyatı yaşayıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR