Əcnəbilər döyüşmək üçün Ukraynaya axışır

# 12:58
9 mart 2022

Yaponiya hökumətinin Ukraynaya göndərdiyi ilk hərbi yardım Komaki aviabazasından yola düşüb.

 

APA TV xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi rəsmi Tvitter hesabında paylaşıb.

 

“Yaponiya Ukraynaya gülləkeçirməz jiletlər və özünümüdafiə qüvvələri üçün digər avadanlıqlar göndərib. Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi hər cür dəstəyi göstərməyə davam edəcək”, - deyə paylaşımda qeyd olunub.

 

Yeri gəlmişkən qeyd edək ki, Kanadalı jurnalist Din Blandell Kiyevə gələn əcnəbi döyüşçülərin sayının artıq 40 minə çatdığını bildirib.

 

Bu barədə şəxsi “Twitter” hesabında məlumat paylaşan jurnalist onlardan 500 nəfərinin kanadalı olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR