Edqar Kazaryan: “Savaşda 4 milyardlıq hərbi texnika itirdik, zabit heyətinin 25 faizi məhv edilib”
Ermənistan Baş naziri Nikol Paşinyanın siyasəti ucbatından Ermənistan ordusunun itkisi 4 milyard dollar təşkil edib.
APA TV xəbər verir ki, bunu Ermənistan Konstitusiya Məhkəməsi Aparatının keçmiş rəhbəri Edqar Kazaryan deyib. O, 44 günlük müharibə zamanı erməni ordusunun zabit heyətinin 25%-nin məhv edildiyini bildirib:
“Heç kim buna görə heç bir məsuliyyət daşımayıb. Buna rəğmən hökumət başçısının fəaliyyətinə insanlar haqq qazandırırlar. Ondan heç kim heç nə tələb etmir”, - deyə Kazaryan bildirib.
Edqar Kazaryan 4 milyard itkilərinin olduğunu açıqlasa da, bəzi mənbələrdə bu rəqəmin daha yüksək olduğu bildirilir.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi