Bank Of Baku

Əfqan Nağıyev ev dustaqlığına buraxıldı – RƏSMİ

# 13:12
10 avqust 2020

Dövlət Sərhəd Xidmətinin (DSX) sabiq rəis müavini, general-leytenant Əfqan Nağıyev ev dustaqlığına buraxılıb.

APA TV-nin məlumatına görə, bununla bağlı Bakı Hərbi Məhkəməsi qərar çıxarıb. 

Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, Əfqan Nağıyev və Sahil Mühafizə Xidmətinin vəzifəli şəxsləri Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308-ci yəni vəzifə səlahiyyətlərini aşma, 311.3-cü yəni külli miqdarda rüşvət alma maddələri ilə ittiham irəli sürülüb. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR