Əfv etsin, ya yox? - Paşinyan qərar verə bilmir

# 12:48
3 fevral 2022

Ermənistanda hərbi-siyasi böhran davam edir. 
Yerli "Joğovurd” qəzeti yazır ki, hərbi amnistiyaya hazırlaşan Paşinyan hökuməti çıxılmaz vəziyyətlə üzləşib. Nəşrin yazdığına görə, fərarilik edən, hərbi cinayətlərə yol verən əsgər və zabitlər o qədər çoxdur ki, İrəvan onlarla bağlı qərar verə bilmir.
Məlumata görə, hüquq-mühafizə sisteminin nümayəndələri cinayət işlərinin sayını azaltmaq üçün əfvdə israrlıdırlar. Ancaq açılan cinayət işlərinin sayı o qədərdir ki, amnistiya layihəsini hazırlayıb başa çıxa bilmirlər.

Bəzi ictimai fəallar və siyasətçilər isə amnistiyayanın əhatə dairəsinin daha da genişləndirilməsini təklif edirlər. Mətbuat isə bu dəfə məhkumların üçdə birinin azad ediləcəyini iddia edir.

Ermənistanda sonuncu dəfə 2018-ci ildə amnistiya elan edilib. 2888 məhkumdan 270-i azadlığa buraxılıb.  

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR