Əhmədlidə ər arvadını qətlə yetirdi  - HADİSƏ YERİNDƏN GÖRÜNTÜLƏR

# 19:33
4 yanvar 2022

Yanvarın 4-ü saat 15 radələrində 1991-ci il təvəllüdlü Həmidə Həsənovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

”Hadisə Əhmədli qəsəbəsi, general Əliağa Şıxlınski ünvanında baş verib. Beləki, arxamda gördüyünüz binanın 6-cı mərtəbəsində yaşayan Orxan Alıyev bıçaq və baltadan istifadə edərək Həmidə Həsənovanı qətlə yetirib”.

 

Xətai rayon prokurorluğundan APA TV-yə verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Orxan Alıyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Həmidə Həsənovanı qəsdən öldürməsi barədə əsaslı şübhələr müəyyən edilib.
 

Hadisə yerində olduğumuz zaman qonşuları bildirdi ki, Orxan Alıyev onlarla çox az ünsiyyət qurub. Buna görə də onların övladlarının olub-olmaması və ailə münasibətləri haqında qonşular heç bir şey bilmədiklərini söylədi.


Ər və arvadın fərqli soyadlarda olmağına gəlincə isə, qonşular deyir ki, buna səbəb Həmidə Həsənovanın öz soyadında qalmaq istəməsidir.

 

Qeyd edək ki, faktla bağlı Xətai rayon prokurorluğunda cinayət işi başlanıb, Orxan Alıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

 

Səmral Cavad,

Kamran Namazov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR