Bank Of Baku

Ehtiyatda olan gənclər könüllü döyüşə getmək üçün Dövlət Xidmətinə müraciətlər ediblər

# 14:48
13 iyul 2020

"Ehtiyatda olan vətənpərvər Azərbaycan gəncləri könüllü olaraq döyüşə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə çoxsaylı müraciətlər ediblər".

 

Bu barədə APA TV-yə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib.

 

Xidmət Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə, özünə mənəvi borc bilən vətəndaşlara təşəkkür edib: "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti adından şəhid olanların ailələrinə başsağlığı verir və səbir diləyirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR