AZAL-a yeni birinci vitse-prezident təyin olundu

# 16:45
5 noyabr 2022

“Azərbaycan Hava Yolları” QSC-yə yeni birinci vitse-prezident təyin olunub.

 

APA xəbər verir ki, Samir Musa oğlu Rzayev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti təyin edilib.

 

Bu təyinata qədər Samir Rzayev “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti kimi fəaliyyət göstərib.

 

Xatırladaq ki, bu yaxınlarda “Azərbaycan Hava Yolları” QSC-nin Nizamnaməsinə dəyişiklik edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin tərkibinə dəyişik edilib. Dəyişikliklə İdarə Heyətinin tərkibi 7 nəfərdən-Cəmiyyətin prezidenti, 2 birinci vitse-prezidenti və 4 vitse-prezidentindən ibarət olacaq.

 

İndiyə qədər İdarə Heyətinin tərkibi 7 nəfərdən-Cəmiyyətin prezidenti, birinci vitse-prezidenti və digər vitse-prezidentlərindən ibarət idi.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR