Ələkrəm Hümbətov vəfat edib
Ələkrəm Hümbətov vəfat edib.
Bu barədə Niderlandda yaşayan azərbaycanlılar bildirib.
Ələkrəm Hümbətov yaşadığı Haaqa şəhərində 74 yaşında vəfat edib.
Qeyd edək ki, Ələkrəm Hümbətov 1948-ci ildə Lerikdə anadan olub. Ələkrəm Hümbətov 1993-cü ildə Azərbaycanın cənub zonasında qondarma “Talış-Muğan Respublikası” elan edib. O, bir müddət həbsdə qaldıqdan sonra vətəndaşlıqdan məhrum edilərək ölkədən deportasiya olunub.
Ələkrəm Hümbətov 2004-cu ildən etibarən Niderlandda yaşayırdı. O, Ermənistana səfər etmişdi.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi