Elmin Qarayev şəhid olmamışdan üç gün əvvəl ailəsi ilə danışıb
Qarabağda antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçu Qarayev Elmin Rafət oğlu 1993- cü ildə Ağdam rayon Üçoğlan kəndində anadan olub. 2017-ci ildə orta məktəbi bitirib. Həmin ildə də hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra Hərbi xidmətdə müddətdən artıq hərbi qulluqçu kimi xidmət etməyə başlayıb. Elmin uşaq yaşlarından vətənə, xalqına bağlı bir uşaq olub. Ürəyində daşıdığı böyük vətən sevgisi onu 44 günlük müharibədə iştirak edən qəhrəmanlardan birinə çevirib. Elmin qardaşı deyir ki, sonuncu dəfə onunla şəhidlik zirvəsinə ucaldığı gündən 3 gün əvvəl danışıb. Qeyd edək ki, şəhid Elmin Qarayev ailəli olub, 1 oğul övladı var. Emin Babayev, Fəzail Səfərov, APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu