Elxan Salahovun erməniləri susduracaq kitabı: Hər cümləsi gerçəkdir
Birinci Qarabağ müharibəsinin hələ də qaranlıq qalan səhifələri, haqqında bilmədiyimiz və ya az məlumatlı olduğumuz hadisələri var. 1993-cü ilin aprelində Ermənistanın quldur dəstələri Kəlbəcəri işğal edərkən mühasirədə qalan insanların başına gətirilən müsibətlər barəsində də çox az şey bilirik.
Araşdırmaçı-jurnalist Elxan Salahovun müəllifi olduğu “Tanrı yoxuşu” adlı kitabda bu hadisələrə işıq tutulur, həmin dövrün həqiqətləri gün üzünə çıxardılır.
Müəllif kitabda düşmən əlinə keçməmək üçün dağ yollarında ağlasığmaz əzab-əziyyətlər çəkmiş bir qrup həmvətənimizin taleyinə də aydınlıq gətirməyə çalışıb.
Xatırladaq ki, özü də Birinci Qarabağ müharibəsinin iştirakçısı olan Elxan Salahov əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucovun döyüş yoluna həsr olunmuş “Murov qartalı” kitabının həmmüəllifi və Başlıbel faciəsindən bəhs edən “Qanlı kaha” kitabının müəllifidir.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi