Əməkdar jurnalist Mais Məmmədov vəfat edib
Əməkdar jurnalist Mais Məmmədov 84 yaşında vəfat edib.
APA TV xəbər verir ki, bu barədə tanınmış telejurnalist Vahid Mustafayev məlumat verib.
Qeyd edək ki, bir müddət əvvəl o, səhhətindəki problemlə əlaqədar xəstəxanada müalicə alırdı.
Qeyd edək ki, Mais Məmmədov 12 iyul 1938-ci ildə Bakıda doğulub. 1998-ci ildən 2016-cı ilədək ANS Müstəqil Yayım və Media Şirkətində rəhbər vəzifələrdə - ictimai əlaqələr üzrə baş müşavir, prezidentin müşaviri kimi çalışıb.
Eyni zamanda, ANS Müstəqil Yayım və Media Şirkətinin Fəxri Sədri olub.
Azərbaycan Respublikasının "Əməkdar jurnalist" Fəxri adı ilə təltif edilib.
Allah rəhmət eləsin!
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?