Yardımlıda direktor arvadının bacısı ilə də evlənmək istəyib? - TƏFƏRRÜATLAR – APA TV

# 17:42
16 sentyabr 2022

Yardımlıda baş verən hadisə bütün ölkə ictimaiyyətinin təəccübünə səbəb oldu. Belə ki, dünən hadisəni ictimailəşdirən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın dediklərinə görə, Yardımlıda qadın bacısının əri ilə evlənməyə məcbur edilib. Bunun razılaşmayan qadının ayaqyalın Bakıya qaçıb. Onun sözlərinə görə, qadını bacısının əri ilə evlənməyə atası məcbur edib. Həmin qadının 3 ildir ki, boşandığı, qaçdığı günə qədər bir övladı ilə atasının yanında qaldığı bildirilir. Mehriban Zeynalova qeyd edib ki, qadının ərə verilmək istədiyi şəxs Yardımlı rayonu Arvana kənd məktəbinin  direktoru Kamran İsayevdir. Atası qızına deyib ki, daha ona baxa bilmir. Bacısının əri Kamran imkanlı şəxsdir, ərə getsə, ona da yaxşı bacaq. Məsələ ilə bağlı istintaq getdiyi üçün qadınla danışa bilmədik.

 

Hadisədə adı çəkilən məktəb direktoru Kamran İsayev isə ona şər atıldığını iddia edir: “Şər və böhtandır, şərlənmişəm, başqa heç nə yoxdur. Onunla aramızda heç bir problem yox idi, sadəcə mən ona yaxınım kimi dedim ki, qadınsan, kənd yerində qadın təkbaşına heç yerə gedə bilməz”.

 

Sosial şəbəkələrdə paylaşılan görüntülərdən məlum olur ki, həmin qadının boynunda zorakılıq izləri var. İddiaya görə, Kamran İsayev onu  boğaraq, artıq 40 manat verib kəbin kəsdirdiyini, evlənməkdən başqa yolu olmadığını bildirib.

 

Hadisənin detallarını kənar şəxslərdən də öyrənmək üçün kənd sakinləri ilə əlaqə saxladıq. Kamran İsayevin direktoru olduğu məktəbdə müəllim işləyən Əvəz Həsənov bildirdi ki, qadını əslində öz qardaşı döyüb: “Hamısı uydurma söhbətlərdir. Bu adam hacıdır. Evində cavan ailəsi var, qızlarını ərə verib. Mən özüm bu gün onu çağırmışam, mənim qarşımda Qurana əl basdı. Mənim dərs dediyim, qələm tutmağı öyrətdiyim şagirddir.

 

Onların evində narazılıq olub, bu da kürəkəndir, müdaxilə edib evdə. Qaynının arvadı il yola getmirmiş bu qız. Qaynı qızı vuranda Kamran da müdaxilə edib. Boşanıb, 3 ilin gəlini olub. Uşaqlarını da atıb, bir uşağını gətirib atasının evinə, atasının himayəsində yaşayırdı. Qızın bacısı ilə münasibətləri yoxdur”.

 

Artıq məsələ ilə bağlı Daxili İşlər Nazirliyi açıqlama yayıb. Nazirlikdən bildirilib ki, hadisə nəzarətə götürülüb, Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR