Əmi və əmioğlular arasında qanlı dava, yaralananlar var

# 20:37
16 may 2023

Əmi və əmioğlular arasında qanlı dava, yaralananlar var - APA TV Ağstafada bir müddət əvvəl qətlə yetirilən gəncin ailəsi və qohumları arasında kütləvi dava baş verib. Hadisə rayonun Poylu qəsəbəsində qeydə alınıb. Dava zamanı 52 yaşlı Elşən Bədirov qardaşı oğlu, 33 yaşlı Camal Bədirovun baş nahiyəsinə kəsici-deşici alətlə xəsarətlər yetirib. Camalın qardaşı Məhəmməd isə Elşənin oğlu, 25 yaşlı Elbrusa kəsici-deşici alətlə daxilə nüfuz edən xəsarətlər yetirib. Yaralılar xəstəxanaya yerləşdirilib. Qətlə yetirilən gəncin anası bildirib ki, hadisə söyüş üstündə baş verib. Onun sözlərinə görə, münaqişənin bu həddə çatmasına səbəb başqa qohumların da məsələyə qarışması olub. Faktla bağlı araşdırmalar davam etdirilir.

Fuad Nazimoğlu, Mehdi Rəşid APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR