Əmiqızlar yoxa çıxdı, NƏNƏLƏRİ AXTARIR

# 13:29
31 avqust 2022

Bakıda iki yeniyetmə qız itkin düşüb.

 

APA TV-nin məlumatına görə, hadisə Suraxanı rayonu Binə Sovxoz qəsəbəsində baş verib. Burada yaşayan 13 yaşlı Abdullayeva Şəfiqə Malik qızı və 14 yaşlı Abdullayeva Arzu Xaliq qızı evdən çıxaraq, bir daha geri qayıtmayıblar.

 

Bu barədə onların nənəsi 62 yaşlı Ş. Abdullayeva polisə müraciətində bildirib. Onların əmiqızları olduğu qeyd olunur.

 

Hazırda yerli polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR