Ərazimizdə səngər qazmaq istəyir, burnu ovulanda isə ağlayır

# 15:36
7 sentyabr 2023

 

Ermənistanın Baş naziri Nikol Paşinyan bu dəfə də hökumət iclasında cəfəng açıqlamalar verib. O çıxışında bildirib ki, Azərbaycan mətbuatında və təbliğat platformalarında antierməni ritorikası güclənib. Üstəlik, Azərbaycanı təxribat törətməkdə ittiham edən Paşinyan bildirib ki, Azərbaycan ordusu ermənilərin səngər yolları qazmaq cəhdinin qarşısını alıb. Paşinyan Ermənistanın 2021-ci il dekabrın 14-də Brüsseldə, 2022-ci il oktyabrın 6-da Praqada və 2023-cü ilin mayında Brüsseldə əldə edilmiş razılaşmalara, habelə Rusiya Prezidenti, Azərbaycan Prezidentinin 2020-ci il noyabrın 9-da imzaladığı üçtərəfli bəyanata sadiq olduğunu da bildirib. Qarabağdakı separatçı ermənilərlə də bağlı fikir bildirən Ermənistan Baş naziri vurğulayıb ki, Bakı ilə Xankəndidəki separatçı rejimin beynəlxalq mexanizm çərçivəsində dialoqu daha uyğundur. “Bütün baş verənlərə baxmayaraq Ermənistan Azərbaycanla sülh və münasibətlərin normallaşdırılması haqqında saziş bağlamağa hazırdır”, deyə Paşinyan əlavə edib. “Bölgədə təhlükəsizliyə əsl hədə Ermənistan tərəfindən hərbi-siyasi təxribatların davam etməsidir.” Bu isə Azərbyacan Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində deyilir. Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı baş nazir daxil olmaqla, Ermənistan tərəfinin davam edən iddiaları, öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən hələ də çıxarılmayan erməni silahlı qüvvələri olduğu hər kəsə məlumdur. “Bölgədə sülh və təhlükəsizliyin bərqərar olması üçün Ermənistan tərəfi Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli, hərbi və siyasi təxribatlara son qoymalı, sülh müqaviləsi danışıqlar prosesinin uğurla nəticələnməsi istiqamətində törədilən maneçilikləri dayandırmalıdır”, - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR