Əraziyə 5 yanğınsöndürən maşın cəlb edilib

# 18:38
2 mart 2024

Gəncədə yanğın hadisəsi baş verib. Hadisə şəhərin Aydın Məmmədov küçəsində qeydə alınıb. Belə ki, sözügedən ünvanda yaşayan 1955-ci il təvəllüdlü Əntiqə Məmmədova və 1993-cü il təvəllüdlü Zeynəb Məmmədova məxsus evlərdə anidən yanğın baş verib. Yanğın zamanı Zeynəb Məmmədovaya məxsus evin 70 kv metri, Əntiqə Məmmədovaya məxsus evin isə 90 kv metri dam örtüyü ilə birlikdə yanıb. Hər iki evin bəzi əşiyaları da yanıb. Əraziyə FHN- nin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 5 yanğınsöndürən maşını və 30-dan artıq canlı qüvvəsi cəlb olunub. Yanğın qısa zamanda söndürülüb, qonşuluqdakı evlərə keçməsinin qarşısı alınıb. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır. Fuad Nazimoğlu, Elşad Cəfər, APA TV, Gəncə

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR