Ərdoğan ABŞ səfirinə əsəbiləşdi: “Ayıbdır”
“Siz səfirsiniz. Müraciət edəcəyiniz şəxs prezident olmalıdır”.
APA-nın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Bildirilib ki, Ərdoğan ABŞ-ın Ankaradakı səfiri Ceff Fleykin Cumhuriyet Halk Partisi (CHP) sədri Kemal Kılıçdaroğlu ilə görüşməsinə sərt reaksiya verib: “Bu seçkilərdə Amerikaya dərs verməliyik. Co Bayden orada danışır. Onun səfiri burada nə iş görür? Kamalı ziyarət edir. Ayıbdır. Bir az başınızı işlədin. Siz səfirsiniz. Müraciət edəcəyiniz şəxs prezident olmalıdır”.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu