Ərdoğan Azərbaycana birgünlük səfər edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana birgünlük səfər edəcək. APA -nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq.
Azərbaycanın Müstəqillik Günündə baş tutacaq səfər çərçivəsində prezident Ərdoğan Türkiyə xaricində ilk dəfə paytaxt Bakıda təşkil edilən aviasiya, kosmos və texnologiya festivalı “TEKNOFEST Azərbaycan”ı ziyarət edəcək.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu