Qorbaçov Heydər Əliyevdən niyə çəkinirdi?

# 18:41
16 may 2023

TASS İnformasiya Agentliyinin mənzil qərargahının qarşısındakı meydan… Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan sərgi ekspozisiyası… Milli Məclisin sədri Sahibə Qafarova, Azərbaycan prezidentinin köməkçisi Anar Ələkbərov və digər rəsmi şəxslər TASS-ın təşkil etdiyi sərgi ilə tanış olurlar. Sərgidə görkəmli siyasi və dövlət xadiminin fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar nümayiş etdirilib. Burada Heydər Əliyevin keçmiş SSRİ rəhbərliyində təmsil olunduğu illərdə ölkənin inkişafı üçün gördüyü işlərə və həyata keçirdiyi nəhəng layihələrə dair fotolarla yanaşı, ümummilli liderin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan-Rusiya münasibətlərini əks etdirən fotolar da sərgilənib.

Sərgi marafonu Rusiya parlamentində davam etdirilib. Əvvəl Dövlət Dumasında “Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsində Heydər Əliyevin rolu” adlı sərginin açılışı olub. Açılışda çıxış edən Dumanın Spikeri Vyaçeslav Volodin Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə fikirlərini bölüşüb. O, Heydər Əliyevin keçmiş SSRİ-dəki fəaliyyətini, Azərbaycan-Rusiya münasibətlərinin inkişafındakı rolunu yüksək dəyərləndirib.

Daha sonra Federasiya Şurasında “Heydər Əliyev. Qəlbin bir hissəsi Rusiyadadır” sərgi ekspozisiyasının açılışı olub. Federasiya Şurasının sədri Valentina Matviyenko müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında fikirlərini bölüşüb. Tədbirdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərginin yüksək səviyyədə təşkilinə görə Federasiya Şurasının sədri Valentina Matviyenkoya və Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər silsiləsi rəsmi qəbulla davam edib. Təntənəli mərasimdə Milli Məclisin spikeri Sahibə Qafarova, Dövlət Dumasının vitse-spikeri Aleksey Qordeyev, Dumanın liberal-demokrat fraksiyasının rəhbəri Leonid Slutski çıxış ediblər.

Moskvada akkreditə olunmuş səfirliklərin nümayəndələri, Rusiya Dövlət Dumasının və Federasiya Şurasının deputatları, dövlət və hökumət nümayəndələri, Azərbaycanın və Rusiyanın mədəniyyət, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirakı ilə baş tutan rəsmi qəbul bədii proqramla davam etdirilib.

 

Fərid Əkbərov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR