Erkan Özoral Türkiyənin Azərbaycana yeni təyin etdiyi səfirdən danışdı

# 14:48
5 aprel 2021

 “Türkiyənin Azərbaycana təyin edilən yeni səfiri Cahit Bağçı Azərbaycanı tanıyan və sevən bir həmkarımızdır”.

APA TV-nin məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında deyib: Səfir bildirib ki, bu günə qədər Türkiyə və Azərbaycan arasında münasibətlərinin inkişafı üçün çox çalışıblar: “Cahit Bağçı Azərbaycanı çox sevən və çox yaxşı tanıyan bir insandır. Biz bu günə kimi Türkiyə-Azərbaycan münasibətlərini daha inkişaf etmək üçün xeyli çalışdıq. Əminəm ki, yeni səfirimiz bu münasibətlərin inkişafı üçün bizdən daha çox çalışacaq”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan da daxil olmaqla 13 ölkəyə yeni səfir təyin edib.

Həmidağa Məcidov,

Üzeyir Ağayev,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR