Erməni diversantlara iş kəsildi
Azərbaycanın dövlət sərhədini pozmaqda və ağır cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşı olan hərbi qulluqçular - Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçə hökm oxunub. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə hakimlər kollegiyası müşavirədən qayıdaraq hökmü elan edib. Hökmə əsasən, Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviç 11 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Dünən keçirilən prosesdə prokuror təqsirləndirilən şəxslərə 12 il cəza istəmişdi.
DİGƏR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”