Erməni əsgərlər necə yanıb? - TƏFƏRRÜATLAR

# 15:49
19 yanvar 2023

Ermənistanda gecə saatlarında hərbi hissədə baş vermiş yanğının təfərrüatları məlum olub. Yerli medianın yaydığı məlumata görə 15 əsgərin yanaraq öldüyü hadisə qısa zamanda baş verib.

Faciə yerində olan erməni jurnalistlər müəyyən ediblər ki, kazarmanın girişində odun sobası quraşdırılıbmış. Güclü yanğın baş verən zaman həyətdə növbətçi olub, şəxsi heyət isə otaqda yatıb.

“Sputnik Armeniya" yazıb ki, alov çox güclü olduğundan yatmış əsgərlərin bir qismi elə yerindəcə yanıb. Çölə çıxmaq istəyənlərə isə girişdə başlayan alov mane olub. Yanğın baş verəndən sonra hərbi hissənin hərbçiləri həmkarlarının köməyinə gəlsələr də, onlar da yanğının qurbanına çevriliblər. Bir neçə nəfər pəncərələrdən çölə çıxmağa çalışıb. Amma binanın pəncərələri dəmir barmaqlıqlarla bağlanıbmış. Hadisə yerində araşdırmalar artıq yekunlaşıb. Əraziyə gələn əsgərlərdən birinin atası isə oğlunun öldüyünü elə hadisə yerindəcə öyrənib.

Xatırladaq ki, gecə saatlarında Ermənistanın Basarkeçər rayonunun Azad kəndində yerləşən N saylı hərbi hissədə yanğın olub. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, mühəndis-istehkam bölüyünün kazarmasında baş verən yanğında 15 hərbçi ölüb. Bildirilib ki, yanğında xəsarət alan 3 nəfərin vəziyyəti ağırdır. Hadisəyə görə korpus komandiri vəzifədən qovulub. Bundan başqa, daha 8 zabitin də vəzifədən uzaqlaşdırılması barədə məlumat yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR