İsrail-İran müharibəsi başlayır? - Anna daha Tehrana getməyəcək
"İsrailin İranla müharibəsi reallıqdır. Artıq İsraili dəstəkləyən Qərb koalisiyası yaradılır. Ərəb ölkələrindən ibarət koalisiya da formalaşma mərhələsindədir".
Bunu sabiq Xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, Azərbaycan-Türkiyə tandeminin anti-İran qüvvələrinə dəstəyinin miqyası Tehranın Azərbaycana qarşı hansı kursu seçməsindən asılıdır.
"Qərbdəki anti-Azərbaycan və anti-Türk qüvvələr bu tendensiyanı dəyişmək məcburiyyətində qalacaqlar. Anna Akopyan daha İrana səfər etməyəcək. İranın Zəngəzurdakı konsulluğu yaxın vaxtlarda bağlanacaq", - Tofiq Zülfüqarov qeyd edib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu