Erməni mediası Qarabağdakı separatçıların rəhbərlərinin Moskvaya dəvət edildiyini yazır
Xankəndindəki separatçı rejimin dırnaqarası hökumət naziri Ruben Vardanyanın Moskvaya getməsi ilə bağlı erməni mətbuatına məlumat sızıb. Qeyd olunub ki, o, rus sülhməramlılarının yük maşınlarından birinin arxasında İrəvana, oradan da Moskvaya qaçıb. Ermənistanın “Hraparak” qəzeti yazır ki, Qarabağın erməni separatçılarının lideri Araik Arutyunyan da 10 gün əvvəl Moskvaya səfər edib. Əlavə edilib ki, Arutyunyandan sonra Moskvaya Ruben Vardanyan da səfər edib və o, dırnaqarası respublikanın daxili siyasi problemlərini müzakirə etmək və onların həlli yollarını axtarmaq üçün dəvət olunub.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi