Erməni nazir qızların xidmət şərtlərini açıqladı
Ermənistanda yeni qanunun qəbulundan sonra 18 yaşdan 27 yaşa qədər olan qadınlar hərbi xidmət üçün müraciət edə biləcəklər.
Bunu “Hərbi vəzifə və hərbi qulluqçunun statusu haqqında” və “Müdafiə haqqında” qanunlara müvafiq dəyişikliklərlə bağlı danışan müdafiə naziri Suren Papikyan deyib. Qadınlar üçün hərbi xidmət könüllü əsaslarla olacaq.
Təklif olunan düzəlişlərə əsasən, qadınlar üçün xidmət müddəti 6 ay olacaq, bundan sonra onlar 1 milyon dram məbləğində birdəfəlik ödəniş alacaqlar. Əgər qadın hərbçi səhhətinə görə erkən tərxis olunarsa, bu məbləğ 6 aya bölünəcək. Əsgərlər xidmət zamanı müəyyən maaş alacaq.
Nazir qeyd edib ki, hazırda təlimlər üçün nəzərdə tutulmuş hərbi hissələrdən birinin ərazisində xüsusi kazarma tikilir. Burada qadın hərbi bölmələri yerləşdiriləcək.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib