Erməni vandalizmi dünyada necə ifşa edilir?

# 19:14
30 mart 2022

“Azərbaycan xalqı son iki əsrdə erməni vandalizmi və terrorizminə məruz qalıb”.

APA TV-nin xəbərinə görə, bunu bu gün Yeni Azərbaycan Partiyasının təşkil etdiyi “Soyqırım: Ümumbəşəri cinayətlər kontekstindən yeni baxış” mövzusunda elmi-praktik-konfransda YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib.

Tahir Budaqov deyib ki, istər XX, istərsə də XXI yüzillikdə təcavüzkar erməni millətçiləri xalqımıza qarşı milli-etnik zəmində kütləvi qətliamlar törədib, soyqırımı aktları həyata keçirib, bəşəriyyət əleyhinə qəddar və amansız cinayətlərə imza atıblar:

YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, 31 mart soyqırımına ilk dəfə siyasi və hüquqi qiymət Ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Ümummilli Lider 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” müvafiq Fərman imzalayıb, 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bununla yanaşı, Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalayıb. Sərəncamdan irəli gələrək genişmiqyaslı tədbirlər keçirilib. Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyasının Sədrinin birinci müavini Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da bu istiqamətdə çox vacib işlər görüb:

Tahir Budaqov vurğulayıb ki, Erməni vandalizminin real faktlar əsasında dünyada ifşa olunması, beynəlxalq informasiya platformasında Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi, müharibəsonrası çoxvektorlu diplomatik fəaliyyətə informasiya dəstəyinin verilməsi kimi istiqamətlərdə həyata keçirilən tədbirlər strateji xarakter daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR