Ermənilər Bakıya yalvaracaqlar, buna əmin olun - Məşhur rusiyalı ekspert 

# 21:08
9 dekabr 2021

Məşhur rusiyalı jurnalist, siyasi ekspert Maksim Şevçenkonun açıqlaması Ermənistanda müzakirələrə yol açıb.

Ekspert müsahibəsində yaxın illərdə ermənilərin Qarabağda yaşamaq üçün Azərbaycana kütləvi şəkildə yalvaracaqlarını söyləyib. O, buna əmin olduğunu da söyləyib.

"Əsgəranla hazırkı Şuşanı müqayisə edin, başqa heç nə demirəm. Bilirəm ki, ötən dəfə onlarca erməni Şuşaya yaxın gəlib, xahiş edirdilər ki, azərbaycanlılar onlara iş versinlər. Azərbaycan xalqı xeyirxah xalqdır və Prezident İlham Əliyevin dediyi kimi, insan hərbi cinayət törətməyibsə, Azərbaycan vətəndaşı olmağa hazırdırsa, heç bir problem yoxdur. Prezidentin mövqeyi belədir ki, ermənilər Azərbaycanda yaşamaq istəyirlərsə, buyurub yaşaya bilərlər, amma qanunlara riayət etməlidirlər”

Maksim Şevçenko onu da söyləyib ki, bu Azərbaycanı çox müasir və sivil dövlət edən mütləq, hiperavropa mövqedir. Bu cür yanaşmalara isə çox az rast gəlinir.

Rusiyalı ekspertin açıqlaması sosial şəbəkələrin Ermənistan seqmentində geniş müzakirəyə səbəb olub. Bəzi ermənilər onlar üçün müharibənin hələ bitmədiyini, acından ölsələr də Azərbaycana yalvarmayacaqlarını bildirsələr də, bəziləri bir zamanlar Bakıda və digər şəhərlərdə çox xoşbəxt yaşadıqlarını xatırladıblar.

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR