Ermənilər Tərtəri atəşə tutulub – APA TV HADİSƏ YERİNDƏ

# 17:09
6 fevral 2022

Separatçı dəstənin üzvləri Tərtərdə yaşayış məntəqələrini atəşə tutub. Qanunsuz silahlı dəstənin açdığı atəş nəticəsində insan itkisi olmasa da evlərə ziyan dəyib.

 

APA TV xəbər verir ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri Tərtər rayonunun Qapanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini və rayonun Qapanlı və Yuxarı Qaradağlılar kəndini heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutub.

 

Müdafiə nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal cavab tədbirləri görülüb. Mövqelərimiz atəşə tutulan zaman Qapanlı yaşayış məntəqəsi ərazisindəki mülki tikiliyə güllə dəyib: Təxribat törədən qanunsuz erməni silahlı dəstəsinin üzvlərinin spirtli içkinin təsiri altında atəş açmaları tərəfimizdən müşahidə edilib. Hadisə ilə bağlı dərhal Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR