Ermənilər Xan qızının çəkdirdiyi bulağı görün nə hala salıblar
Ermənilər, Qarabağ xanlığının varisi Xurşidbanu Natəvanın Laçının Ərdəşəvi kəndinə çəkdirdiyi bulağı tamamilə dağıdıb.
APA TV-nin həmin kəndlərə ezam olunan əməkdaşının xəbərinə görə, 3-4 km uzunluğunda çəkilən saxsı borular sökülərək yox edilib.
Xan qızı sudan korluq çəkən Şuşa şəhərinə, daha sonra Malıbəyli və təmsil etdiyi Cavanşir sülaləsinin adını daşıyan Cavanşir meşəsindən Laçının Ərdəşəvi kəndinə su çəkdirib. Şuşa şəhərindəki bulaq onun adı ilə “Xan qızı bulağı”, Malıbəyli kəndindəki bulaq isə “Novlu bulaq” adlanırdı. Ərdəşəvi kəndinə çəkilən bulağa isə el arasında “Xanım qayran” bulaq deyilib.
Bunu bilən ermənilər tarixi itirmək üçün saxsı boruları sökərək məhv ediblər Sovetlər dövründə çəkilən dəmir boruları rezin borularla bərpa edərək kəndə yerləşdirilən erməniləri su ilə təmin ediblər.
Ərdəşəvi sözünün mənasına gəldikdə isə bu söz "ərin daş qoyduğu" yer və ya Ardaşı, Ərdəşi, “Ər evi” kimi mənaları da verir.
Kənd 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.