Ermənilər Xan qızının çəkdirdiyi bulağı görün nə hala salıblar

# 17:22
22 avqust 2022

Ermənilər, Qa­ra­bağ xan­lığının  va­ri­si Xurşidbanu Natəvanın Laçının Ərdəşəvi kəndinə çəkdirdiyi bulağı tamamilə dağıdıb.

 

APA TV-nin həmin kəndlərə ezam olunan əməkdaşının xəbərinə görə, 3-4 km uzunluğunda çəkilən saxsı borular sökülərək yox edilib.

 

Xan qızı sudan kor­luq çə­kən Şu­şa şə­hə­ri­nə, daha sonra Ma­lı­bəy­li və təmsil etdiyi Cavanşir sülaləsinin adını daşıyan Cavanşir meşəsindən Laçının Ərdəşəvi kəndinə su çəkdirib. Şu­şa şə­hə­rin­də­ki bu­laq onun adı ilə “Xan qı­zı bu­la­ğı”, Ma­lı­bəy­li kən­din­də­ki bu­laq isə “Nov­lu bu­laq” ad­la­nır­dı. Ərdəşəvi kəndinə çəkilən bulağa isə el arasında “Xanım qayran” bulaq deyilib.

 

Bunu bilən ermənilər tarixi itirmək üçün saxsı boruları sökərək məhv ediblər Sovetlər dövründə çəkilən dəmir boruları rezin borularla bərpa edərək kəndə yerləşdirilən erməniləri su ilə təmin ediblər.

 

Ərdəşəvi sözünün mənasına gəldikdə isə bu söz "ərin daş qoyduğu" yer və ya Ardaşı, Ərdəşi, “Ər evi” kimi mənaları da verir.

 

Kənd 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR