Ermənistan Azərbaycanla dəmir yolunun tikintisi ilə bağlı hazırlıqlara başlayır
Ermənistan hökuməti Arazdəyən-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun Ermənistan hissəsinin tikintisinə başlamaq üçün geodeziya işlərinə vəsait ayırmağı tapşırıb.
APA TV-nin TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bildirib.
Onun sözlərinə görə ,təklif olunan layihəyə əsasən, Ermənistan Meğri və Arazdəyəndə 43 km uzunluğunda olan hissədə geodeziya işlərinin aparılması, sonradan isə dəmir yolunun tikintisi layihəsinin sifariş verəcəyi meyarları dəqiqləşdirmək üçün işlərə başlamaq niyyətindədir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu