Ermənistan hakimiyyəti Lusaqyux qəsəbəsi yaxınlığında yeni körpü tikəcək
Ermənistan hakimiyyəti M3 dövlətlərarası avtomobil yolunun üzərində, Lusaqyux qəsəbəsi yaxınlığında yeni körpü tikəcək.
Bu barədə Ermənistan Yol İdarəsi Fondu məlumat yayıb.
“Marşrut Türkiyə sərhədindən başlayaraq Marqara, Vanadzor, Taşirdən keçərək Gürcüstan sərhədinə çatır. Hazırda körpü tamamilə sökülüb, yerinə yenisi tikiləcək. Körpünün bünövrəsinin quraşdırılması, dəmir-beton plitələrlə təchiz edilməsi nəzərdə tutulub. Tikinti dövlət tərəfindən maliyyələşdirilir. Maksimal çəkisi 7 ton olan avtonəqliyyat vasitələrinin keçidi üçün nəzərdə tutulan Lusaqyux kəndi yaxınlığındakı dolama körpü də təmir olunacaq”, - məlumatda deyilir.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib