Sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə nəzarət gücləndirilir: NAZİRDƏN TAPŞIRIQ

# 14:37
10 dekabr 2022

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2022-ci ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib.

 

İclasda müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev qeyd edib ki, müxtəlif növ hərbi təlimlər və döyüş hazırlığı məşğələlərinin keçirilməsi ilə qoşunların döyüş qabiliyyəti daha da artırılıb, şəxsi heyətin peşəkarlıq səviyyəsi yüksəlib.


Sonra müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay çıxış edərək Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən, aparılan islahatlar nəticəsində əldə edilən yeni nailiyyətlərdən danışıb.
 

Sonra Kəlbəcər, Laçın və Daşkəsən rayonlarında, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki mövcud əməliyyat şəraiti təhlil edilib.
 

Çıxış edən general-polkovnik Zakir Həsənov Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyətinin daim müşahidə edilməsi və nəzarətin daha da gücləndirilməsinə dair müvafiq tapşırıqlar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR