Ermənistan Rusiyanın təklif etdiyi baza prinsipləri üzrə Azərbaycanla əlaqələr qurmaq istəyir
Ermənistan Rusiya tərəfindən Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətləri müəyyən edən baza prinsipləri və parametrlər əsasında çalışmağa sentyabrın əvvəlində razılıq verib.
APA TV xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan özünün “Twitter“ hesabında bildirib.
Paşinyan vurğulayıb ki, Ermənistan Soçidə bunu təsdiq etməyə hazırdır.
“Ümid edirik ki, Rusiya öz təkliflərini dəstəkləyəcək”, - deyə Ermənistan Baş naziri əlavə edib.
Qeyd edək ki, oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü gözlənilir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu