Ermənistana deyirlər ki, rusları ölkədən qovun – Lavrov

# 15:10
17 may 2023

“ABŞ Ermənistana Rusiya bazası və sərhədçilərinin yerləşdirilməsindən imtina etməyi “tövsiyyə edir”, bunun müqabilində “təhlükəsizliyi təmin edəcəyini” vəd edir.”

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov mayın 16-da “Tsarqrad” telekanalına müsahibəsində bildirib:

Rusiya XİN rəhbəri həmçinin İrəvana mesaj kimi vurğulayıb ki, ABŞ tez-tez müttəfiq­lərini tərk edir. O bunu, Misir prezidenti Hüsnü Mübarəkin başına gələnlər və Əfqanıstanda baş verən olaylarla izah edib. 

KTMT-nin Ermənistana missiya göndərməsi məsələsi ilə bağlı da fikir bildirən nazir qeyd edib ki, missiyanın Ermənistanda yerləşdirilməsi ilə İrəvan daha sabit vəziyyət əldə edərdi və Ermənistan bundan yalnız qazanmış olardı. Lavrov onu da vurğulayıb ki, XİN rəhbərləri KTMT missiyasının Ermənistanda yerləşdirilməsi ilə bağlı razılığa gəliblərmiş,  amma son anda Ermənistan tərəfi bunun təxirə salınmasını xahiş edib və hazırda həmin sənəd kağız formasında qalmaqdadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR