Ermənistanda 200 əsgər qalmaqalı: Yoxa çıxıblar, axtaran yoxdu

# 17:03
11 yanvar 2023

Ermənistanda 44 günlük müharibə nəticəsində itkin düşən 200-ə yaxın hərbçinin  axtarışları 2022-ci ilin yanvarından dayandırılıb.

Bunu yerli mediaya Ermənistan parlamentinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr komissiyasının sədri Taqui Tovmasyan deyib.

O qeyd edib ki, 44 günlük müharibə zamanı itkin düşənlərin axtarışı çoxdan başa çatıb və bu məsələnin nəticəsiz qalmasında Ermənistanın baş naziri Nikol Paşinyanı günahlandırıb.

“Təəssüf ki, ölkənin baş nazirinin axtarışla bağlı məlumatı yoxdur, ya da o bu məsələdə cəmiyyətə aldadıcı məlumatlar verir. İtkinlərin axtarışını Beynəlxalq Qızıl Xaç Komitəsindən olan həmkarlarımla dəfələrlə müzakirə etmişəm, həmçinin müxtəlif beynəlxalq insan haqları strukturlarına onlarla məktub göndərmişəm, lakin heç bir irəliləyiş yoxdur”, - deyə Tovmasyan bildirib.

Qeyd edək ki, Nikol Paşinyan sonuncu mətbuat konfransında itkin düşənlərin axtarışlarının davam etdiyini deyib.

Ermənistanda deputat Baş nazir Nikol Paşinyanı cəmiyyəti aldatmaqda ittiham edib. Belə ki, Paşinyan son açıqlamasında itkin düşən hərbçilərin axtarışları davam etdiril desə də deputat bunu yalan olduğunu, axtarışların dayandığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR