Ermənistanda hamı 31 avqustu gözləyir - Xankəndidə gərgin görüş – APA TV
Xankəndidəki qondarma hökumət Laçın dəhlizi ilə bağlı qapalı iclas keçirib. APA TV xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb. Bildirilib ki, iclasda Arayik Harutyunyan, Vitali Balasanyan, eləcə də Paşinyan hökumətinin bir neçə üzvü iştirak edib. “Nəşr” vurğulayıb ki, görüşdə gərgin anlar yaşanıb.
Qondarma hökumət bildirib ki, ermənilər avqustun 31-nə qədər Rusiya sülhməramlılarının müşahidəsi ilə Laçın dəhlizindən istifadə edə bilərlər. Avqustun 31-dən isə Ermənistana keçid yeni açılmış yol üzərindən mümkün olacaq.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı