Ermənistanda nə baş verir? İrəvanda güllə səsləri eşidildi
İrəvanın mərkəzində güllə səsləri eşidilib.
APA TV xəbər verir ki, Ermənistan mediasının yazdığına görə, hadisə yerinə gələn hüquq-mühafizə əməkdaşları 50-dən çox güllə və giliz, həmçinin avtomat silah tapıblar.
Yayılan məlumata görə, 31 yaşlı şübhəli saxlanılıb.
Qeyd edək ki, İkinci Qarabağ savaşı zamanı Ermənistan “könüllülərə” heç bir siyahı aparmadan, kor-koranə olaraq külli miqdarda silah paylamışdı. Bu silahları alanların bir çoxu Azərbaycan ərazisində döyüşməyə gəlməmişdi, digərləri isə Qarabağdan qaçarkən silahları da özləri ilə aparmışdı.
Ermənistan hakimiyyəti əhaliyə silahların qaytarılması ilə bağlı dəfələrlə çağırış etsə də, heç bir nəticəsi olmayıb.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib