Ermənistanda silahlı şəxs bələdiyyə binasına daxil olub
Qumbara və tapança ilə silahlanmış şəxs Ermənistanın Ararat vilayətinin Masis şəhəri bələdiyyəsinin inzibati binasına daxil olub. APA-nın Ermənistan mətbuatına istinadla xəbərinə görə, binada atəş səsləri eşidilib. Digər mənbələr polislə silahlı şəxs arasında danışıq getdiyini bildirir. Hazırda bələdiyyə binası polis kordonu ilə əhatə edilib, əraziyə heç kim buraxılmır. Hadisə ilə bağlı hələ ki heç bir rəsmi məlumat verilmir. Bələdiyyə sədrinin müavini bildirib ki, silahlı şəxs heç bir tələb irəli sürməyib, hadisənin motivi məlum deyil.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib