Xəstəxanaya çatdırılan qadını xilas etmək mümkün olmayıb
20:00
30 dekabr 2022
Göygöl rayonunda yaşlı qadın itlərin hücumuna məruz qalıb. Hadisə rayonun Xasabağı qəsəbəsində qeydə alınıb. Evdən çıxaraq piyada kəndin kənarındakı qəbiristanlığa gedən 84 yaşlı Gülayə Allahverdiyevaya çöllük ərazidə itlər hücum edərək ağır xəsarətlər yetirib.
Xəstəxanaya çatdırılan qadının öldüyü məlum olub.
Yaxınlıqdakı fermanın gözətçisi əvvəl özü, sonra isə oğlunu çağıraraq qadına yardım etməyə çalışıb, qohumlarını hadisə yerinə çağırıb. Gözətçin əvvəlcə elə bilib ki, itlər canavarı yeyir. Yaxınlaşanda görüb ki 84 yaşlı qadına sahibsiz itlər hücum çəkib.
Meyt müayinə olunmaq üçün Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aradşırmalar aparılır.
DİGƏR XƏBƏRLƏR
Şəkilli avtomobillər qəza riskini artırır – “40 manat cəriməsi var”
13:44
10 noyabr 2024
Marketdə sınan əşyanın pulunu kim verməlidir? – Hüquqşünas məsələyə aydınlıq gətirdi
17:42
9 noyabr 2024
Şəmkirdə dostlar bir-birlərini bıçaqladılar, azyaşlı qızı atasız qaldı
16:32
9 noyabr 2024
Zəfər təntənələrin mübarək, əziz Şuşa
18:21
8 noyabr 2024