Ermənistanın mina terroru ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edildi

# 17:46
29 aprel 2023

Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Tərtərdə 3 nəfərin mina partlayışı nəticəsində həlak olması ilə bağlı mətbuat konfransı keçirib. Tədbirdə Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin müşahidə şurasının sədri Azay Quliyev bildirib ki, mülki əhaliyə qarşı bu cür amansızlıq yolverilməzdir. Bu hərəkətlər üçtərəfli bəyanatların müddəalarını kobud şəkildə pozur.

Azay Quliyev bildirib ki, Ermənistan mina terroru ilə Qarabağda gedən bərpa-quruculuq işlərinə mane olmağa çalışır. Təkcə 44 günlük Vətən müharibəsi dövründə 301 nəfər mina qurbanına çevrilib. Onlardan 57 nəfəri həyatını itirib. Ermənistan üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozur, mina xəritələrini vermir.

Tədbirdə Azərbaycan QHT-ləri tərəfindən Ermənistan Respublikasının mülki azərbaycanlılara qarşı törətdiyi mina terrorunun davam etməsi ilə bağlı beynəlxalq ictimaiyyətə bəyanat ünvanlanıb. QHT-lər beynəlxalq ictimaiyyəti Azərbaycan xalqı ilə həmrəy olmağa və bu məsələdə ona dəstək olmağa səsləyiblər. Ermənistanın mina terroru ilə bağlı Koordinasiya Şurasının yaradılması təklif olunub.

 

Bildirilib ki, Koordinasiya Şurası beynəlxalq təşkilatların ermənilərin mina terroru haqqında məlumatlandırılmasına, onlara müraciətlərin ünvanlanmasına və bu sahədə birgə fəaliyyətin təşkili haqqında təkliflərə baxılmasına xidmət edəcək. Beynəlxalq təşkilatların nümayəndələrinin də Koordinasiya Şurasında təmsil olunması məqsəduyğun sayılıb.

 

 

AYTƏN SAKİTQIZI

XƏYAL İSKƏNDƏROV

APATV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR